Dubay əmirinin 41 yaşlı oğluna "vəzifə" veriblər..?

Dubay əmirinin 41 yaşlı oğluna "vəzifə" veriblər..?

...Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktumun 41 yaşlı oğlu Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin birinci müavini və müdafiə naziri təyin edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazıb.

Müvafiq qərarı onun BƏƏ-nin baş naziri və vitse-prezidenti vəzifəsini də tutan atası verib.

BƏƏ-nin xarici işlər naziri Abdulla bin Zayed Əl Nəhyan baş nazirin ikinci müavini təyin edilib.

Bundan əvvəl BƏƏ prezidenti Məhəmməd bin Zeid Əl Nəhyan Vladimir Putini Rusiya prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə