Belqorod vilayəti Ukrayna raketləri ilə hücuma məruz qalıb

Belqorod vilayəti Ukrayna raketləri ilə hücuma məruz qalıb

Belqorod vilayətinin bir neçə yaşayış məntəqəsi dərhal Ukraynanın ağır artilleriyasından atəşə tutulub.

SİA regional administrasiyanın məlumatına istinadən xəbər verir ki, gün ərzində düşmən mövqelərindən 60-a yaxın raket atılıb.

Şebekino şəhəri bir neçə saat ərzində iki dəfə raket hücumuna məruz qalıb.

On mülki şəxsin yaralandığı bildirilir.

20-yə yaxın mənzil və fərdi yaşayış binasına, bir sosial obyektə ziyan dəyib, avtomobillər qəlpələrə tuş gəlib.

Mərmi partladıqdan sonra quru ot alovlansa da, yanğın tez bir zamanda söndürülüb.

Oxşar mənzərə Oktyabrski kəndindədə yaşanıb. Doqquz aylıq uşaq da daxil olmaqla 4 nəfər ağır yaralanıb. 17 yaşayış binasına ziyan dəyib, biri tamamilə dağılıb.

Teleqraf.com xəbər verir ki, qonşu binaların şüşələri sındırılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə