BMT: Ukrayna əhalisi 15 milyon nəfərə qədər azalacaq

2084-cü ildə dünya əhalisi bu əsrdə ən yüksək həddə çatacaq və təxminən 10,3 milyard nəfər olacaq. Ukraynaya gəlincə, 2100-cü ilə qədər əhalinin sayı 15,3 milyon nəfərə qədər azalacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BMT Katibliyinin İqtisadi və Sosial Məsələlər Departamentinin hazırladığı 2024-cü il üçün dünya əhalisinin proqnozlarına yenidən baxılmasında deyilir.

BMT qeyd edir ki, 2024-cü il yanvarın 1-nə Ukraynanın əhalisi 37 milyon 441 min nəfər olub. Proqnozlara görə, 2030-cu ilin yanvarına qədər bu, 38 milyon 505 minə qədər artacaq. 2050-ci ilə qədər Ukraynada artıq 32 milyon 165 min, 2069-cu ildə isə 25 milyon 142 min nəfər olacaq. 2081-ci ildə bu rəqəm daha da azalacaq, yəni 20 milyon 907 min, 2091-ci ildə isə 17 milyon 762 min olacaq. Artıq başqa bir əsrin əvvəlində Ukraynada cəmi 15,3 milyon vətəndaş yaşaya bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə