Ukraynanın Çerkassı vilayətində polis əməkdaşı iki transformatoru yandıraraq, iki yaşayış məntəqəsinin elektrik enerjisini kəsib.
SİA-nın əldə etdiyi məlumata görə, “Strana” nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir. ...Bildirilir ki, polis əməkdaşı Koçerjintsi və Maksimovka kəndlərində transformatorları yandırıb.
O, cinayət törədildikdən bir neçə saat sonra saxlanılıb.
RİA Novosti xəbər verir ki, indi o, Ukraynanın Xüsusi Xidmət orqanı əməkdaşlarına təhvil verilib.
Nəşrin məlumatına görə, saxlanılan şəxsi 10 ilə qədər həbs gözləyir.
Bundan əvvəl bildirilib ki, iyunun 15-nə keçən gecə Ukraynanın Çerkassı vilayətinin Podobnaya kəndində naməlum şəxslər dəmir yolunda iki transformator yarımstansiyasını yandırıblar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB