Mask ona da sui-qəsdlər olduğunu deyir...

...Son səkkiz ay ərzində iki dəfə SpaceX və Tesla-nın qurucusu İlon Maskın öldürülməsinə cəhd edilib. Bu barədə onun özü sosial şəbəkələrdə danışıb.

Onun sözlərinə görə, “Teslanın Texasdakı qərargahından təxminən 20 dəqiqəlik məsafədə” əllərində silah olan ən azı iki nəfər həbs edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Mask bu bəyanatı iyulun 14-nə keçən gecə Pensilvaniyada keçirilən mitinqdə ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdindən sonra verib.

Biznesmen əvvəllər prezidentlik yarışında iştirak edənləri dəstəkləməkdən yayınsa da, Trampı açıq şəkildə dəstəkləyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə