Kubanın Abrau və Durso kəndləri böyük yanğına qərq olub

...Krasnodar diyarında güclü yanğın Abrau və Durso kurort kəndlərinin ətrafını bürüyüb. Son məlumatlara görə, yanğın sahəsi 20 hektardan çoxdur. İstirahət mərkəzləri təhlükə altındadır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yerli hakimiyyət orqanları evakuasiyaya başlayıb. Artıq 500-dən çox insan və onlarla nəqliyyat vasitəsi təhlükəsiz ərazilərə aparılıb. Yanğının söndürülməsinə 160-a yaxın adam, 40 texnika cəlb olunub.

Artıq iki helikopterdən 30 tondan çox su atılıb. Yerli teleqram kanallarında sakinlərdən yanğınsöndürən maşınların hərəkətinə mane olmamaq üçün yanğın bölgələrinə getməkdən çəkinmələri xahiş olunur.

Yerli ictimai səhifələr də yazırlar ki, sakinlər və turistlər dəniz sahili ilə hərəkət edərək yanğından qaçıblar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə