Fransa prezidenti Emmanuel Makron ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdinə reaksiya verib. SİA xəbər verir ki, o, bu barədə "X"də yazıb. Trampın tezliklə sağalmasını arzulayan Makron baş verənlərlə bağlı “Fransa Amerika xalqının qəzəbinə şərikdir”, - deyə vurğulayıb. Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampa mitinqi zamanı atəş açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə