Qırmızı bülletenlə axtarılan 2 terrorçu zərərsizləşdirildi

Türkiyənin Mardin vilayətinin Dargeçit çölündə qırmızı bülletenlə axtarışda olan 2 terrorçu zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" səhifəsində bildirib.

Nazir bildirib ki, jandarma və polisin birgə həyata keçirdiyi "Bozdoğan-50" əməliyyatı ilə zərərsizləşdirilən terrorçulardan biri "Herekol" kod adlı Taner Öğmendir. Digər terrorçunun kimliyi müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə