Uzra Zeya Paşinyanla regiondakı vəziyyəti müzakirə edib

ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya siyasi məsləhətləşmələr üçün iyulun 13-də Ermənistana səfər edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, U.Zeya Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb.

Ermənistan Hökumətinin mətbuat xidmətinin yaydığı məlumat görə, görüşdə bir sıra məsələlər, o cümlədən regionda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.

Dövlət katibinin müavini vurğulayıb ki, Amerika Birləşmiş Ştatları bundan sonra da Azərbaycanla Ermənistan arasında sülhə, regionda təhlükəsizliyə və sabitliyə töhfə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə