Belqorod yaxınlığındakı 4 yaşayış məntəqəsinə hücum edilib

...Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələr Belqorod vilayətində 4 yaşayış məntəqəsinə hücum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov bildirib.

...Oktyabrski kəndində bir nəfər xəsarət alıb, Terebreno kəndində yaşayış binasına ziyan dəyib. Daha bir pilotsuz təyyarə Repyaxovka kəndində partladılıb, qəlpələr avtobusa və üç yardımçı tikiliyə düşüb. Bezymeno kəndində fərdi yaşayış evi yanıb.

Bundan əvvəl Qladkov Şebekinoda səkkiz nəfər yaralının olduğunu bildirmişdi.

Qeyd edilməlidir ki, şəhər üçüncü gündür ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə