...Deməli, ötən bazar ertəsi, iyulun 8-də keçmiş müdafiə nazirinin müavini Timur İvanovun külli miqdarda rüşvət almaq ittihamı ilə həbs edilən iki yaxın adamı ölüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin dövlət ekspertizası şöbəsinin rəisi Maqomed Xandayev və idarə işçilərinə rüşvət verməkdə ittiham olunan iş adamı İqor Kotelnikov müəmmalı şəraitdə ölüblər.
Qeyd edək ki, Xandayevin ölüm səbəbləri açıqlanmayıb. Prezident yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçova deyib ki, Kotelnikov Moskvadakı 4 saylı istintaq təcridxanasının 5 saylı binasının cəza kamerasında xəstələnib və bir az sonra onun ürəyi dayanıb.
Müstəntiqlərin fikrincə, İqor Kotelnikov Rusiya Müdafiə Nazirliyi ilə sahibkarlar üçün pul müqabilində gəlirli müqavilələr bağlayan vasitəçi olub.
Maqomed Xandayev isə birbaşa İvanova tabe olub.
Bunu “Chernovik” nəşri yazır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə