...Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Ukraynada sülhün bərqərar olması ilə bağlı “tez danışıqlar aparmaq” lazımdır.
...Biz tez bir zamanda razılığa gəlməliyik. Belə çıxır ki, biz razılığa gələ bilərik. Ancaq əsas şey danışmaqdır. Əgər dialoq, söhbət olmasa, gərginlik olacaq və insanlar öləcək.
SİA-nın əldə etdiyi məlumata görə, BELTA bunu Belarus dövlət başçısından sitat gətirir.
Aleksandr Lukaşenkonun xatırlatdığı kimi, “ruslar danışıqlar masası arxasına əyləşib razılığa gəlməyə hazırdırlar”, lakin Kiyev hələ də “son ukraynalıya qədər” mübarizə aparır.
...Təəssüfdür. Amma danışmaq lazımdır. Düşünürəm ki, biz bu problemləri yaxın gələcəkdə Vladimir Vladimiroviç Putinlə görüşdə müzakirə edəcəyik və bundan sonra necə gedəcəyimizi düşünəcəyik, - deyə Belarus lideri yekunlaşdırıb.
Macarıstanın baş naziri Viktor Orban daha əvvəl bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gələ bilsə, Ukrayna münaqişəsini həll etməyi planlaşdırır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə