Uşaq qətlində şübhəli bilinən şəxs saxlanılıb

SİA-nın ötən gün yazdığı kimi, təhlükəsizlik qüvvələri 9 yaşlı övladını öldürməkdə şübhəli bilinən qadını saxlayıb.

Xatırladaq ki, uşağın cəsədi daha əvvəl Permdə zibil qutularının yanında qoyulmuş çamadanda tapılmışdı.

...2024-cü il iyulun 12-də cəsədi Perm şəhərində zibil qutularının yanında çamadanda tapılan uşağın qətlində əli olan İrina Şatova saxlanılıb.

Bunu İstintaq Komitəsi bildirir.

Şatova yaxın vaxtlarda dindiriləcək.

Daxili İşlər Nazirliyi bundan əvvəl qadının şəkili və işarələri olan oriyentasiya yaymışdı.

Cinayət işi üzrə istintaqın gedişinə Perm diyarının prokurorluğu nəzarət edəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə