Lukaşenko Ukrayna qüvvələrinin Belarusla sərhəddən çəkildiyini açıqlayıb

Lukaşenko Ukrayna qüvvələrinin Belarusla sərhəddən çəkildiyini açıqlayıb

...Belarus prezidenti Aleksandr Lukaşenko cənub əməliyyat istiqamətində hərbi təhlükəsizliyin təmin edilməsi məsələləri ilə bağlı keçirilən müşavirədə Ukrayna ilə sərhəddə gərginliyin aradan qaldırıldığını bəyan edib.

...Bizim konkret işimizdən sonra ukraynalılar öz silahlı qüvvələrini və sərhədimizə yerləşdirdikləri əlavə qoşunları sərhəddən çıxarıblar. İndi ukraynalılarla heç bir problemimiz yoxdur və ümid edirəm ki, olmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, BelTA agentliyi bunu Belarus liderinin sözlərindən sitat gətirir.

Lukaşenko həmçinin Ukrayna sərhədinə çəkilmiş əlavə Belarus qüvvələrinin daimi dislokasiya yerlərinə çıxarılmasını əmr edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə