...Ukrayna Silahlı Qüvvələrinin 24-cü ayrı-ayrı mexanikləşdirilmiş briqadası komandirsiz qalacaq.
“Strana.ua” nəşrinin Teleqram kanalı jurnalist Anna Kalyujnaya istinadən bildirib ki, briqada komandiri komandanlığın “fantastik tapşırıqlarını” yerinə yetirməkdən imtina etdiyinə görə tutduğu vəzifədən uzaqlaşdırılıb.
…Xətt demək olar ki, stabilləşib. Briqadaya isə fantastik tapşırıqlar verilir. Və fantaziyadan yox, reallıqdan irəli getməyə çalışan komandirlər vəzifədən uzaqlaşdırılır. Amma heç kim fantastik tapşırıqları ləğv etməyib.
Qeyd etdiyimiz kimi, bunu Kalyujnayanın sözlərindən sitat gətirir.
Deməli, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ruslar yazır.
Amma Ukrayna tərəfinin versiyası başqadır.
Belə ki, onların yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin rus işğalçılarını Çasovoy Yar ərazisindən sıxışdırmaq şansı var.
RBC-Ukrayna telemarafonun yayımına istinadən xəbər verir ki, bunu “Xortitsa” OSGV-nin spikeri Nazar Voloşin deyib. Voloşin bildirib ki, bu günlərdə düşmən də Çasovoy Yar bölgəsində varlığını nümayiş etdirmək cəhdlərindən əl çəkməyib, lakin müdafiə qüvvələrinin dəf etdiyini və dayandığını vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə