Putinin təhlükəsizliyi lazımi səviyyədədir

Kreml Kiyevin Putinə uğursuz sui-qəsd cəhdləri ilə bağlı bəyanatlarına cavab verib
Putinin təhlükəsizliyi lazımi səviyyədədir

...Vladimir Putinin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir. Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

…Kiyev rejimindən gələn bütün təhdidlər göz qabağındadır, buna görə də birinci şəxsin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Life-a Kremlin nümayəndəsi Ukrayna Dövlət Kəşfiyyat Xidmətinin rəhbəri Kirill Budanovun Putinə qarşı bir neçə uğursuz sui-qəsd cəhdi ilə bağlı bəyanatını şərh etmək istəyinə cavab olaraq bildirib.

Bundan əvvəl Baş Kəşfiyyat İdarəsinin rəhbəri Strana.ua-nın jurnalisti ilə söhbətində Kiyevin Rusiya prezidenti Vladimir Putinin həyatına etdiyi sui-qəsdlərin uğursuz alındığını bildirib.

Ukrayna əvvəllər Rusiya liderinin həyatına sui-qəsdlər olduğunu açıqlasa da, bu dəfə də Kiyev öz bəyanatlarına heç bir real sübut təqdim etməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə