Mərakeşin ilk arxeoloji xəritəsi hazırlanıb

Mərakeşin ilk arxeoloji xəritəsi hazırlanıb

Mərakeş ölkənin ilk arxeoloji xəritəsinin, o cümlədən abidələr, arxeoloji ərazilər və milli mədəni irsinin hazırlandığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mərakeş Gənclər və Mədəniyyət Nazirliyi tərəfindən edilən yazılı açıqlamada ölkənin ilk milli arxeoloji xəritəsinin və arxeoloji abidələrin yaxşı idarə edilməsi çərçivəsində hazırlandığı bildirilib.

Açıqlamada xəritənin məlum arxeoloji yerləri müəyyən etmək üçün hazırlandığı vurğulanıb və xəritədə ölkənin müxtəlif bölgələrində, xüsusilə də Polisario Cəbhəsi və Dahla şəhəri ilə bağlı daha əvvəl müəyyən edilmiş bir çox arxeoloji obyektin yer aldığı vurğulanıb.

Açıqlamada xəritə yeniləndikdən sonra ölkənin digər bölgələrindəki arxeoloji abidələrin də yer alacağı, Gənclər və Mədəniyyət Nazirliyi tərəfindən də rəqəmsal xəritə layihəsinin hazırlanmasına çalışıldığı bildirilib.

Layihənin arxeoloji abidələrin məhvinə qarşı mübarizə üçün xəbərdarlıq sisteminin yaradılması məqsədi daşıdığı və bunun prioritet arxeoloji ərazilərin müəyyənləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə