Əlcəzair Qəzza ilə əlaqədar olaraq bu yay keçiriləcək böyük incəsənət festivallarını təxirə salıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Əlcəzairin Mədəniyyət və İncəsənət Nazirliyi bu yay keçirilməsi planlaşdırılan bütün böyük sənət festivallarının Qəzza ilə həmrəylik olaraq təxirə salındığını açıqlayıb.
Sözügedən qərarla bağlı Mədəniyyət və İncəsənət Nazirliyindən yazılı açıqlama verilib: “Mədəniyyət və İncəsənət Nazirliyi sionist cinayətkar qüvvələrin törətdiyi qətliamları və soyqırımları nəzərə alaraq bu yay keçirilməsi planlaşdırılan bütün böyük sənət festivallarını təxirə salmaq qərarına gəlib”.
Bəyanatda qərarın Əlcəzairin Fələstin xalqına və onun davasına dəstək mövqeyinə uyğun olaraq alındığı, festivalların yerinə Fələstin davasına dəstək üçün başqa mədəni və intellektual fəaliyyətlərin təşkil ediləcəyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB