İmtahan zamanı məktəb çökdü

Nigeriyanın Plato əyalətində iki mərtəbəli məktəb binasının uçması nəticəsində 22 nəfər həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər ikimərtəbəli məktəb binasının şagirdlərin imtahan verərkən uçduğunu bildiriblər. Binada 200-ə yaxın şagird və müəllimin olduğu qeyd edilib.

Xilasetmə işlərinin başa çatdığı, onlarla insanın dağıntılar altından sağ-salamat çıxarıldığı, 30 yaralının isə xəstəxanaya aparıldığı bildirilib.

Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada qeyri-adekvat təhlükəsizlik tədbirləri və keyfiyyətsiz tikinti materialları səbəbindən binalar uçur.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə