Rusiya: Soyuq müharibəyə qayıdırıq

Rusiya: Soyuq müharibəyə qayıdırıq

ABŞ-ın NATO-nun 75-ci sammitində taktiki raketləri Avropadakı müttəfiq ölkələrə, xüsusən də Almaniyaya yaxın ərazilərə iki il ərzində köçürmək qərarı Rusiyada reaksiyalara səbəb olmaqda davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın verdiyi qərarın sərt addımlarla soyuq müharibəyə qayıtmaq mənasına gəldiyini ifadə edərək deyib: “İndi biz o soyuq müharibəyə möhkəm addımlar atırıq. ABŞ-ın Avropada qısa və orta mənzilli raketlərin yerləşdirilməsi ilə bağlı qərarı Ukrayna münaqişəsində birbaşa iştirak edən ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Rusiyaya bir nömrəli düşmən kimi baxmasının sübutudur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə