Dünyada milyonlarla insanın izlədiyi türk serialları turizmə də həyat verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "azarkeş turistlər" serialların çəkildiyi setləri ziyarət etmək üçün minlərlə kilometr uzaqlıqdan Türkiyəyə gəlirlər.
Türk seriallarının dünya miqyasında populyarlaşması Türkiyəni televiziya ixracatında lider ölkəyə çevirməklə yanaşı turizmi də stimullaşdırır. Bir çox seriallar üçün fon kimi xidmət edən tarixi və mədəni yerlər dünyanın hər yerindən milyonlarla pərəstişkarı cəlb edib. Amerikanın Associated Press xəbər agentliyi (AP) serialların ixracının Türkiyənin beynəlxalq aləmdə imicini gücləndirdiyini yazıb.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB