La-Manş boğazında 4 miqrant həlak oldu

La-Manş boğazında 4 miqrant həlak oldu

Fransanın şimal sahillərində La-Manş boğazını keçərək Britaniyaya getməyə cəhd edən dörd miqrant həlak olub. SİA xəbər verir ki, 4 miqrant Fransanın şimalındakı Bulon-sur-Mer sahillərində qayığın çevrilməsi nəticəsində həlak olub.

Məlumata görə, huşsuz vəziyyətdə tapılan 4 nəfəri xilas etmək mümkün olmayıb.

Digər 14 nəfər balıqçı gəmisi, 49 nəfər isə Fransa donanmasının gəmisi tərəfindən xilas edilib.

Qeyd edək ki, bu ilin ötən dövründə 13 mindən çox insan La-Manş vasitəsilə Böyük Britaniyaya çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə