Sentyabrın1-dən həyat təhlükəsizliyi müəllimləri olmayacaq

Hökumətin yeni qərarı verilib

Sentyabrın 1-dən rusiyalı məktəblilər “Həyat təhlükəsizliyinin əsasları” fənni üzrə dərslər əvəzinə “Vətənin təhlükəsizliyinin və müdafiəsinin əsasları”, həyat təhlükəsizliyi müəllimləri isə sağlamlıq və təhlükəsizlik müəllimlərinə çevriləcəklər. Bu, hökumətin yeni qərarının dərci sayəsində məlum olub.

SİA bu barədə rus saytlarına istinad edir.

Hazırda təlim proqramını hazırlamaq üçün işçi qrupu yaradılır; Təhsil Nazirliyinin ictimai siyasət şöbəsinin müdir müavini Anna Timofeyeva bildirib ki, ibtidai və orta məktəblər üçün yeni dərslik üzərində də iş gedir.

...Xatırladaq ki, RSFSR məktəblərində həyat təhlükəsizliyi kursları 1991-ci ildə yaranıb. Onlar ötən əsrin 70-80-ci illərində Sovet İttifaqının məktəblərində tədris olunan "NVP" ("İlkin Hərbi Hazırlıq") dərslərini əvəz ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə