Noble Partner 2024 hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salmaqla yanaşı, ABŞ Gürcüstana yardımı da dondurub.
SİA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya deyib.
...Birləşmiş Ştatlar Gürcüstana yardımı dondurub və Gürcüstanın Avropa İttifaqına inteqrasiyası da dayandırılıb.
Bunu deyən Zeyanın sözlərinə görə, ABŞ Gürcüstan hakimiyyətinin ölkənin Avro-Atlantik yoluna xələl gətirən hərəkətlərindən narahatdır.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın Gürcüstandakı müxalifətə parlament seçkiləri ilə əlaqədar ölkədə etiraz aksiyalarına hazırlaşmaq üçün göstəriş verdiyini bildirib.
Qeyd olunur ki, Tbilisidə xarici agentlər haqqında qanunun qəbuluna qarşı etiraz aksiyalarında iştirak edən əhali hazırkı hakimiyyətə qarşı pozucu qüvvəyə çevriləcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə