9 yaşlı uşağı öldürən 34 yaşlı anası imiş...

9 yaşlı uşağı öldürən 34 yaşlı anası imiş...

...Rusiya Federasiyasının Perm ərazisi üzrə İstintaq Komitəsinin müstəntiqləri uşağın qətlində şübhəli bilinən şəxsin onun 34 yaşlı anasının olduğunu üzə çıxarıblar.

SİA xəbər verir ki, bu barədə idarənin Telegram kanalında məlumat verilib.

Xatırladaq ki, iyulun 12-də səhər saatlarında Perm şəhərinin Leninski rayonunda zibil qutularının yanında 9 yaşlı uşağın meyiti tapılıb. Çamadana qoyulmuş meyitdə bıçaq yaraları əlamətləri olub. Bu fakt əsasında azyaşlının öldürülməsi maddəsi ilə cinayət işi açılıb.

İstintaq müəyyən edib ki, qətldə şübhəli bilinən 34 yaşlı Perm şəhər sakinidir. Öldürülən 9 yaşlı uşaq onun oğlu olub.

SHOT-un məlumatına görə, öldürülən uşaq məktəbə getməyib və evdə təhsil alıb. Onun 34 yaşlı atası “Ekskurs-Avtomobillər” MMC-nin dilerində işləyib. O, şübhəli şəxsdən boşanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə