İtaliyanın 11 şəhərində "qırmızı" xəbərdarlıq edilib

İtaliyanın 11 şəhərində "qırmızı" xəbərdarlıq edilib

Havanın temperaturu günü-gündən yüksəlir. Dünyanın bir çox yerlərində yüksək temperaturlara qarşı ehtiyat tədbirləri görülür. SİA xarici mətbuata istinadən xəbər verir ki, İtaliya havanın temperaturunun həyəcan səviyyəsində olduğu ölkələrdən biridir. Bu gün ölkənin 11 şəhərində yüksək temperaturla əlaqədar "qırmızı" xəbərdarlıq edilib.

Paytaxt Romanın müxtəlif nöqtələrindən “qırmızı” həyəcan siqnalı verən 7 şəhərdən biri olan termometrlər günorta saatlarında 40-42 dərəcə isti göstərib. Tarixi şəhəri ziyarət etməyə gələn turistlərin günəşdən qorunmaq üçün əllərində çətir götürdükləri və su almaq üçün fəvvarələr qarşısında uzun növbələr yaratdığı görüntülənib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə