Qəfəsdən qaçan ayı qadını öldürüb...

Qəfəsdən qaçan ayı qadını öldürüb...

...Sankt-Peterburq yaxınlığındakı “Gipronikel” SNT-də qəfəsdən qaçan ayı qadını öldürüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Mash on the Moika” Telegram kanalı yazıb.

Deməli, mənbənin bildirdiyinə görə, ayı mülklərdən birindəki qəfəsdə yaşayırmış. Və necə olubsa, qəfəsdən qaça bilən heyvan sahibini öldürüb. Bundan sonra ayı ərazidə dolaşmağa davam edib.

Baş verən hadisədən sonra İstintaq Komitəsinin ərazi üzrə Baş İstintaq İdarəsinin müstəntiqləri hadisə yerinə gediblər. ...Və heyvan məhv edilib.

Qeyd edilənlərə görə, hadisə yerindən yerli sakinlər tərəfindən lentə alınan video yayımlanıb.

Belə ki, videoda bir neçə atəş səsi eşidilir - operatorun dediyi kimi, bunlar polis əməkdaşlarının ayıya atdığı atəşlərdir.

Xatırladaq ki, bundan əvvəl Rumıniyada turist marşrutunda ayı 19 yaşlı qızı parçalayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə