Ukraynada cəbhə xəttində döyüşən qadınların sayı açıqlanıb

Ukraynada cəbhə xəttində döyüşən qadınların sayı açıqlanıb

...Cəbhə xəttində hərbi əməliyyatlar zonasında 10 mindən çox ukraynalı qadın xidmət edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina NATO İctimai Forumunda keçirilən panel müzakirəsində bildirib.

...Getdikcə daha çox qadın müdafiə qüvvələrində xidmət etmək istəyir və indi onların sayı 10 mindən çoxdur. Qadınlar cəbhə xəttində döyüş tapşırıqlarını yerinə yetirirlər

Stefanişina bildirib bunu.

...İyun ayında Ukrayna müdafiə nazirinin müavini Nataliya Kalmıkova bildirib ki, Ukrayna Silahlı Qüvvələrində 67 mindən çox qadın xidmət edir. Onun sözlərinə görə, onlardan 19 mini mülki işçilərdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə