Əgər alov yanacaq cəninə çatsaydı...

Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində Rusiyanın bir şəhəri yanacaqdoldurma məntəqələrisiz qalıb
Əgər alov yanacaq cəninə çatsaydı...

...Rusiya Federasiyasının Kursk vilayətinin Sudja şəhərində Ukrayna Silahlı Qüvvələrinin (UAF) çoxsaylı atəşindən sonra bir dənə də olsun işlək yanacaqdoldurma məntəqəsi qalmayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mash Telegram kanalı xəbər verir.

Deyilənlərə görə, Sudjanski rayonunda cəmi dörd yanacaqdoldurma məntəqəsi olub.

İlk ikisi ötən həftə, iyulun 5-də, qalan ikisi isə iyulun 9-da bombalanıb.

Yanacaqdoldurma məntəqələrindən biri alov alıb və yanğın söndürülərkən alovun yanacaq çənlərinə çatmasına lap az qalıbmış.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə