...Yanğın Podolsk şəhərinin Vellinqa küçəsindəki hündürmərtəbəli binalardan birinin çardaq mərtəbəsində baş verib və tez bir zamanda demək olar ki, bütün damı əhatə edib.
Podolsk şəhərinin başçısı Qriqori Artamonov onlayn olaraq bildirib ki, yanan evin bütün sakinləri təxliyə edilib, yanğın nəticəsində tələfat yoxdur.
Hadisə yerində operativ qərargah yaradılıb, könüllülər artıq sakinlərə su paylayır, yemək də təşkil olunub.
SİA-nın əldə etdiyi məlumata görə, hələlik sakinlər avtobuslarda yerləşdirilib, lakin yanğın nəticəsində mənzilləri zədələnmiş şəxslərin müvəqqəti yaşayış yeri ilə bağlı məsələyə fəal şəkildə baxılır.
...Bu arada prokurorluq artıq bu hadisə ilə maraqlanıb. Xüsusilə, yaşayış binasında çardaq tikməyin nə dərəcədə qanuni olması ilə bağlı sual qaldırılıb.
...Yaşayış binasının sakinlərinin hüquqlarına riayət edilməsi, yanğının baş vermə səbəbləri, habelə binanın sonuncu mərtəbəsində üst tikilinin tikintisinin qanuniliyi Podolsk Şəhər Prokurorluğunun nəzarəti altındadır.
... Bu barədə RİA Novosti məlumat yayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB