Qafqazdan olan qaçqınları Rusiyaya təhvil verməyin...

Rusiyada onları işgəncə, zorakılıq və ya Ukraynaya qarşı müharibəyə göndərilmə gözləyir...
Qafqazdan olan qaçqınları Rusiyaya təhvil verməyin...

Fransada Çeçenistandan olan 45 yaşlı Şeyx-Əhməd Musaitov deportasiya mərkəzindən buraxılıb və ondan həftədə iki dəfə polis şöbəsinə müraciət etmək tələb olunub.

Qeyd edək ki, bir müddət bundan əvvəl ölkə hakimiyyəti onun qaçqın statusunu ləğv edib, indi isə onun Rusiyaya deportasiyası planlaşdırılır.

SİA-nın əldə etdiyi məlumata görə, Musaitov iyunun 25-də Strasburqda saxlanılıb, o, hava limanında polisin miqrasiya şöbəsinə aparılıb və 24 saat orada saxlanılıb.

Bundan sonra o, daha iki gün deportasiya həbsxanasında qalıb. Yalnız bundan sonra o, yaşayış yerini tərk etməmək və həftədə iki dəfə polisə məlumat vermək öhdəliyi ilə həbs-qətimkan tədbirini dəyişdirə bilib.

... Musaitov 2007-ci ildə ailəsi ilə birlikdə Rusiyanı tərk edərək Misir və Avstriya vasitəsilə Fransaya gəlib. 2012-ci ildə o, Rusiya hakimiyyəti tərəfindən təhdid edilən təqiblərə görə qaçqın statusu alıb.

Musaitovun atasının Masxadovun məsləhətçilərindən biri olması ilə yanaşı, o, Avstriya Çeçenləri və İnquşları Şurasına rəhbərlik etməyə və Avropa Çeçenləri Assambleyasının fəaliyyətində iştirak etməyə başlayıb.

...Bizim ailəmiz Kadırov rejiminə qarşı fəal mövqe tutur, ona görə də mən Rusiyaya deportasiyanı həyatım üçün təhlükə hesab edirəm.

Bunu deyən Musaitov, əlavə edib ki, deportasiya qərarından apellyasiya şikayəti verib.

Yanvarda Beynəlxalq Amnistiya Təşkilatı Avropa İttifaqı ölkələrini Şimali Qafqazdan olan qaçqınları Rusiyaya təhvil verməməyə çağırıb.

İnsan haqları fəalları bildiriblər ki, evdə onlar işgəncə, zorakılıq və ya Ukraynaya qarşı müharibəyə göndərilməklə üzləşirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə