ABŞ-də həddindən artıq istilər səbəbindən Kaliforniyada 14, Oreqonda 10, Merilenddə 2 və Arizonada 1 nəfərin öldüyü açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə ABŞ-ın bir çox ştatlarında həddindən artıq istilər nəticəsində azı 27 nəfər ölüb.
“Washington Post” qəzetinin məlumatına görə, ABŞ-da Kaliforniya, Nevada, Arizona, Oreqon, Vaşinqton və Aydaho ştatlarında təqribən 146 milyon insan həddindən artıq istidən əziyyət çəkir.
Termometrlər Nevada ştatının Las-Veqas şəhərində 48,8 dərəcə, Kaliforniya ştatının Barstou şəhərində isə 47,7 dərəcə göstərdiyi halda, bir çox bölgədə, xüsusən də ABŞ-ın qərbində rekord temperatur müşahidə olunur.
İsti hava şəraitinin həftə sonuna qədər davam edəcəyinə işarə edən meteoroloqlar əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB