Rusiyada qayınanasını beşinci mərtəbənin eyvanından ataraq öldürən kürəkən saxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yayılan görüntülərdə 84 yaşlı qadının Rusiyanın Primorsk vilayətinin Artyom şəhərində yaşayış binasının eyvanından 15 metr hündürlükdən yerə atıldığı dəhşətli an öz əksini tapıb. Qadın aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib və kimliyi açıqlanmayıb.
Onun 54 yaşlı kürəkəni qətldə şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Şübhəli yaşlı qayınanasına baxmaq istəmədiyi üçün evyandan atdığını iddia edib. Sözügedən şəxs istintaqın gedişatına uyğun olaraq 2 ay həbsdə qalacaq. Cinayət əməli sübuta yetiriləcəyi təqdirdə, onu 15 ilə qədər həbs cəzası gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB