NATO Vaşinqton sammitinin yekun bəyannaməsi

NATO Vaşinqton sammitinin yekun bəyannaməsi

NATO-nun gərgin Vaşinqton sammitinin yekun bəyannaməsi bəyan olunub.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən toplantıda 2026-cı ildə sammitin Türkiyədə keçirilməsi qərara alınıb. NATO Xarici İşlər Nazirləri toplantısına 2025-ci ildə də Türkiyə ev sahibliyi edəcək.

Sammitdə Rusiya və Çinlə bağlı qərarlar qəbul edilib.

2024-cü ildə Ukraynaya ən azı 40 milyard dollarlıq maliyyə ayrılması qərara alınıb.

NATO üzvləri də Çini Rusiyanın Ukrayna ilə müharibəsinə verdiyi dəstəyi dayandırmağa çağırıb.

Sammitdə nüvə silahlarının qarşısının alınması və kibertəhlükəsizlik kimi mövzularda kollektiv müdafiənin artırılması istiqamətində səylərin davam etdirilməsi qərarı da verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə