Hər bir Avropa ölkəsi bunu etsəydi, Ukraynanın bir neçə briqadası olardı

Sikorski: “Artıq bir neçə min insan Polşada Ukrayna legionu üçün qeydiyyatdan keçib”
Hər bir Avropa ölkəsi bunu etsəydi, Ukraynanın bir neçə briqadası olardı

...SİA-nın dünən xəbər verdiyi kimi, Polşada Rusiya ordusuna qarşı mübarizədə Ukrayna Müdafiə Qüvvələrinə qoşulmağa hazır olan ukraynalılardan yeni könüllü hərbi hissə yaradılır. Söhbət, hələ ki, minlərlə insanın iştirak etmək üçün artıq qeydiyyatdan keçdiyi “Ukrayna legionu”ndan gedir.

Qeyd edək ki, bu barədə NATO sammitinin keçirildiyi Vaşinqtonda Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

Onu da qeyd edək ki, polşalı siyasətçinin sözlərini “İnterfaks-Ukrayna” agentliyi də yayıb.

Deməli, o, bildirib edib ki, hazırda Polşada hər iki cinsdən olan təqribən bir milyona qədər ukraynalı yaşayır və ilk Ukrayna könüllü briqadası məhz onlardan formalaşmağa başlayıb.

Onların bir neçə min nəfəri belə müraciətdə iştirak etmək üçün artıq qeydiyyatdan keçib.

...Maraqlısı odur ki, onların çoxu həqiqətən öz həmvətənləri ilə birlikdə xidmət və rotasiya etmək istəyirlər, lakin onlar lazımi təlim və təchizat olmadan döyüşə getmək istəmədiklərini deyirlər.

Sikorski deyir bunu.

...Və təbii ki, Polşa könüllüləri hazırlayacaq, təchiz edəcək və sonra onlar rotasiyadan keçdikdən sonra Polşaya qayıtmaq hüququ ilə bir vahid kimi “Ukraynaya veriləcək”.

...Hər bir Avropa ölkəsi bunu etsəydi, Ukraynanın bir neçə briqadası olardı.

Polşalı nazir buna əminlik ifadə edib.

...Yeri gəlmişkən, Polşada əcnəbilərin mümkün iştirakı ilə könüllü legion yaradılması bu yaxınlarda Kiyev və Varşava arasında imzalanmış Təhlükəsizlik Zəmanətləri haqqında Sazişdə nəzərdə tutulub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə