92 yaşlı qadın 24 saniyəyə qocalar evindən qaçıb - FOTO

92 yaşlı qadın 24 saniyəyə qocalar evindən qaçıb - FOTO

Çinin Şandun əyalətində 92 yaşlı təqaüdçü qocalar evinin hasarına dırmanaraq qaçıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə kameraya düşüb. Qocalar evində qalmaq istəməyən qadın 24 saniyə ərzində hasarı aşaraq o üzə keçib.

Hadisənin görüntüləri sosial şəbəkəyə yüklənib və 1,2 milyon baxış yığıb.

Yaşlı qadının əvvəllər alpinizmlə məşğul olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə