Cənubi Afrikanın Pilanesberq Milli Parkında heyvanların yaxından fotolarını çəkmək üçün avtomobilindən düşən ispaniyalı turist fil sürüsü tərəfindən əzilərək öldürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Pilanesberq Cənubi Afrikanın dördüncü ən böyük parkı və məşhur turizm məkanıdır, 7 mindən çox heyvana ev sahibliyi edir.
Polis, parkda gəzən şəxsin nəqliyyat vasitəsini saxladığını, enərək fillərə yaxınlaşaraq şəkil çəkdirdiyini və daha sonra sürünün hücumuna məruz qalaraq öldürüldüyünü bildirib. Ştatın turizm idarəsi açıqlamasında bildirib ki, İspaniya vətəndaşı fillərə yaxınlaşmazdan əvvəl hadisə yerində olan iki avtomobildə olan yoldaşlarının və digər sərnişinlərin xəbərdarlığına məhəl qoymayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB