Daha doqquz yaralı hazırda xəstəxanadadır

Ukraynalıların hücumu nəticəsində Şebekində bir nəfər ölüb
Daha doqquz yaralı hazırda xəstəxanadadır

...Belqorod vilayəti yenidən Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dinc məhəllələrə hücum Şebekində bir nəfər ölüb.

Daha 9 yaralı hazırda xəstəxanadadır. Partlayış uşaq meydançasının yaxınlığında baş verib, qəlpələr qonşuluqdakı hündürmərtəbəli binalara, sosial obyektlərə və mağazalara ziyan vurub.

Bir neçə avtomobil də yanıb.

Bu arada Ukrayna kamikadzeləri Qrayvorona da hücum ediblər.

Yerli sakin yaralanıb, o, barotravma və qəlpə yaraları alıb. Ukraynalılar Zaporojye vilayətində, Enerqodarı artilleriyadan atəşə tutublar.

Nüvə işçiləri şəhərində elektrik təchizatı dayandırılıb, rabitə və internet kəsilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə