Qəzaya uğrayan təyyarənin pilotu sərnişinlərə “sükan” verib..?

Qəzaya uğrayan təyyarənin pilotu sərnişinlərə “sükan” verib..?

...“112” Telegram kanalı iddia edir ki, Tatarıstanda qəzaya uğrayan yüngül təyyarənin pilotu bəzi sərnişinlərə min rubl əlavə ödəniş müqabilində təyyarəni idarə etməyə icazə verib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Telegram kanalı pilotun müştərilərindən birinə istinad edir.

“112”nin həmsöhbətinin sözlərinə görə, güclü küləkdə baş verən zövqlü uçuş zamanı telefona baxan pilot təyyarənin idarəetməsini ona verib.

Telegram kanalının məlumatına görə, təyyarəni necə idarə edəcəyini bilməyən sərnişinin lisenziyası belə olmayıb. ...Pilotun həmçinin sərnişinləri "çaxnaşmaya" salan akrobatik manevrlər etdiyi də iddia edilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə