İstintaq Tatyana Lazarevanın həbsini istəyib

İstintaq Tatyana Lazarevanın həbsini istəyib

İstintaq teleaparıcı Tatyana Lazarevanın (...Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə, habelə Rosfinmonitorinqin terrorçu və ekstremistlərinin siyahısına daxil edilib –A.B.) qiyabi həbs olunmasını xahiş edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.

Müstəntiqlər Moskvanın Zamoskvoretski Məhkəməsinə sorğu göndəriblər. Onlar isə bu materialı artıq qeydiyyata aldıqlarını bildirdilər.

Lazareva Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci ("Terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa açıq bəraət qazandırmaq və ya terrorizmin təbliği") maddəsi ilə ittiham olunur.

...İşin başlanmasına əsas onun Ukrayna pilotsuz təyyarələrinin Rusiya ərazisindəki hədəflərə zərbələr endirməsi ilə bağlı açıqlamaları olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə