...Qazaxıstanda taksi sərnişini rusları güllələməyə çağırarkən videoya çəkilib.
SİA-nın əldə etdiyi məlumata görə, videonu “Regnum” Telegram-da yayımlayıb.
Sürücünün qazax dilini bilməməsi səbəbindən taksi sürücüsü ilə sərnişin arasında mübahisə yaranıb. Bunun üçün də kişi onu şovinist adlandırıb.
...Və Ukrayna hamınızı güllələməklə düzgün iş görür.
Bunu sərnişin deyib.
O, sorakı sözlərini Ukrayna millətçi şüarları ilə də müşayiət edib. Qısa mübahisədən sonra sürücü sərnişinlərdən avtomobilini tərk etmələrini istəyib.
Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bəzi ölkələrdə rus dili ətrafında isteriya oyatmağı və ona qarşı mübarizə aparmağı axmaqlıq adlandırmışdı.
O xatırladıb ki, ölkə konstitusiyasına uyğun olaraq rus dili rəsmi statusa malikdir və qazax dili ilə bərabər istifadə olunur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB