Moldova Rusiyaya qarşı yeni sanksiyalara qoşulmur..?

Moldova Rusiyaya qarşı yeni sanksiyalara qoşulmur..?

...Moldova Rusiyaya qarşı qaz tranzitinə məhdudiyyətlərin daxil olduğu 14-cü sanksiya paketinə qoşulan səkkiz tərəfdaş ölkə və Avropa İttifaqına qəbul üçün namizədlər siyahısına daxil edilməyib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Josep Borrell Brüsseldə verdiyi açıqlamada bildirib.

...Namizəd ölkələr Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Bosniya və Herseqovina, eləcə də Avropa Azad Ticarət Zonası dövlətləri İslandiya, Norveç və Lixtenşteyndir.

Onlar Avropa İttifaqı Şurasının 24 iyun tarixli Rusiyaya hərbi təchizatla bağlı İrana qarşı sanksiyalar tətbiq etmək qərarına qoşulublar.

Tipik olaraq, Avropa İttifaqının Rusiyaya qarşı hər bir sanksiya qərarına Moldova da daxil olmaqla doqquz ölkə qoşulur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə