Türk Hava Yolları iyun ayında yeddi milyondan çox sәrnişin daşıyıb

Türk Hava Yolları iyun ayında yeddi milyondan çox sәrnişin daşıyıb

Türk Hava Yolları (THY) iyun ayında 7,8 milyon sərnişin daşıyıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, daşınan sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artıb.

THY-nin beynəlxalq doluluq nisbəti 81,7 faiz, daxili doluluq nisbəti isə 87,5 faiz tәşkil edib.

2023-cü ilin iyun ayında daşınan yük və poçtun həcmi 138,7 min ton olub. Cari ilin eyni dövründə daşınan yükün hәcmi 26 faiz artaraq 174,7 min tona çatıb.

Türk Hava Yolları yanvar-iyun ayları arasında daşınan sərnişin sayının keçən ilin eyni dövrü ilә müqayisәdә 4,8 faiz artıraraq 40,6 milyona çatdığını bildirib.

2023-cü ilin birinci yarısında daşınmış yük və poçtun ümumi həcmi 747,9 min ton olub. Bu ilin eyni dövründə isә daşınan yükün hәcmi 32,3 faiz artaraq 989,4 min tona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə