Polşada “Ukrayna legionu” yaradılır və artıq...

Polşada “Ukrayna legionu” yaradılır və artıq...

...Artıq Polşada yaşayan yüzlərlə ukraynalı Kiyev və Varşavanın yaradılması barədə razılıq əldə etdiyi “Ukrayna legionu”na qoşulmaq arzusunu bildiriblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Polşanın RMF24 agentliyi Ukrayna diplomatik mənbələrinə istinadən yazır.

Jurnalistlərin sözlərinə görə, legiona qəbul hələ elan edilməsə də, amma yüzlərlə ukraynalı legiona qoşulmağa artıq razılaşıb.

Ümumilikdə bir neçə min ukraynalı bölməyə qoşulmaq üçün müraciət edə bilər.

Nəşr yazır ki, legiona qoşulmaq istəyənlər Polşa bölmələrində yerləşdiriləcək və Polşa tərəfindən maliyyələşdiriləcək avadanlıqlarla təchiz olunacaqlar.

Müfəssəl planların hələ də işlənib hazırlanmasına baxmayaraq, çox güman ki, Ukrayna legionu hərbçiləri artıq Ukrayna hərbçilərinin hazırlanmasında təcrübəsi olan hərbi bazalara göndəriləcək.

Bundan əlavə, Polşa digər Avropa İttifaqı ölkələrinin Ukrayna legionunun təlim və təchizat xərclərinə töhfə verməsini təmin etməyə çalışır və bunun Avropa təhlükəsizliyinə investisiya olduğuna inandırır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə