İlk "F-16"-lar artıq Ukraynaya yola salınıb...

İlk "F-16"-lar artıq Ukraynaya yola salınıb...

ABŞ dövlət katibi Antoni Blinken ilk “F-16” qırıcılarının artıq Ukraynaya yola salındığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, “Azadlıq” radiosunun Ukrayna xidməti yazır ki, təyyarələri Hollandiya və Danimarka təhvil verib.

Qırıcılar yaınlara Ukraynaya çatdırılacaq. Bundan əlavə, bir neçə gün ərzində Ukrayna üçün “güclü paket” təqdim olunacaq və bu, ölkənin NATO-ya üzvlüyü üçün aydın körpü quracaq.

Bu gün məlum olub ki, Norveç Ukraynaya altı döyüş təyyarəsi verəcək.

Vladimir Zelenski daha əvvəl, ölkənin ən azı 128 təyyarəyə ehtiyacı olduğunu demişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə