Ukraynada məhkumlardan ibarət batalyon yaradılıb
...Ukrayna Silahlı Qüvvələri 24-cü ayrı-ayrı mexanikləşdirilmiş briqadanın tərkibində məhkumlardan ibarət batalyon yaradıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Məhkəmə və Hüquq” qəzeti yazıb.
Batalyon “Xarakterniki” adlanır və cəzasını həbsxanada çəkərək cəbhəyə yollanmaq qərarına gələn şəxslərdən tərtib edilib.
Hərbi birləşmənin sayı artıq hərbi and içmiş 400-800 nəfər arasındadır.
Tezliklə onlar döyüş tapşırıqlarını yerinə yetirməyə başlayacaqlar.
Əvvəllər Ukrayna Ədliyyə Nazirliyi məhbusların Ukrayna Silahlı Qüvvələrinə cəlb edilməsinin beş min nəfəri cəlb edə biləcəyini bildirmişdi.
Deyilənlərə görə, hazırda Ukrayna həbsxanalarında 42 minə yaxın məhbus var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB