...Odessa vilayətinin Çernomorsk limanında Ukrayna Silahlı Qüvvələrinin gizli şəkildə raket daşıdığı anbar Rusiya Silahlı Qüvvələrinin endirdiyi zərbə ilə məhv edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə koordinator Sergey Lebedev məlumat verib.
Lebedevin sözlərinə görə, limanda güclü partlayış olub və Odessada hiss olunub.
Yerli işçi yoldaşlarına istinadən bildirir ki, raketlər ən ciddi məxfilik şəraitində anbara elə ötən gün çatdırılıbmış.
“RİA Novosti” xəbər verir ki, anbarda konkret hansı raketlərin olduğunu dəqiqləşdirmək mümkün olmayıb. Lebedev əlavə edib ki, partlayış səhər saat 4 radələrində baş verib.
30-40 dəqiqədən sonra sirenli avtomobil Rumıniyaya doğru hərəkət edib, onlar hadisə yerindən məlumat veriblər. Odessada tibblə əlaqəli işçilər iddia edirlər ki, ölü britaniyalı “mütəxəssislər” Rumıniyaya təxliyə edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB