Rusiyada boşanma haqqı 8 dəfə - beş min rubla (96.60 AZN) qədər artırılıb. SİA xarixi mətbuata istinadən xəbər verir ki, bu barədə qərar Federasiya Şurası iclasında qəbul edilib.
Rusiyada həm qarşılıqlı razılıq, həm də məhkəmə yolu ilə boşanma üçün dövlət rüsumu 650 rubldan 5 min rubla qədər artırılır. Bundan əlavə, adın dəyişdirilməsinin məbləği də əhəmiyyətli dərəcədə artır - 1600 rubldan beş min rubla qədər.
Məlumata görə, dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Boşanma haqqının artırılması təşəbbüsü rus ailələrini gücləndirmək istəyi ilə izah edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB