“Şrek 5” filminin göstəriləcəyi tarix məlum olub. SİA xəbər verir ki, bu barədə “DreamWorks” animasiya şirkəti məlumat verib. Onlar "Şrek 5" üçün hazırlıqlara başlandığını və filmin 2026-cı il iyulun 1-də kinoteatrlarda göstəriləcəyini bildirib.
“Şrek”in 2001-ci ildə buraxılan ilk filminin səsləndirməsində iştirak edən Mayk Mayers, Eddi Merfi və Kamerin Diazın bu film üçün geri dönəcəyi təsdiqlənib.
Qeyd edək ki, “Şrek” filmi 2002-ci ildə “Oskar”ın animasiya filmi kateqoriyasında mükafata layiq görülüb. İlk filmdən 487 milyon dollar, ikinci filmdən isə 928 milyon dollar gəlir əldə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB