Çində ilk dəfə təyyarəyə minən sərnişin tualet axtararkən təsadüfən təcili çıxış qapısındakı şişmə evakuasiya sürüşkənini açıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Quzhou hava limanında baş verən insidentdən sonra təyyarədə olan bütün sərnişinlər təxliyə edilib. Bildirilib ki, reysin ləğvi ilə əlaqədar sərnişinlər aviaşirkət tərəfindən otellərə yerləşdirilib və zərər çəkən sərnişinlərə 400 yuan təzminat ödənilib. Şəxsiyyəti açıqlanmayan qadın sərnişin polis tərəfindən saxlanılıb. Sərnişinin icazəsiz şişmə sürüşkəni açdığı üçün 200 min yuana (təxminən 27 min 488 avro) qədər cərimə oluna biləcəyi öyrənilib.
Qeyd edək ki, aprel ayında Nyu-Yorka uçan Delta Airlines təyyarəsində də oxşar hadisə baş verib və havaya qalxdıqdan qısa müddət sonra evakuasiya sürüşkəni açılan təyyarə hava limanına qayıtmalı olub. 2017-ci ilin iyun ayında Çinin paytaxtı Pekində hava limanında sərnişin evakuasiya slaydını səhvən açıb və 12 gün polis tərəfindən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB